Главная > Dünya > Ukrayna parlamenti Türkiyə ilə hərbi sazişi ratifikasiya edib

Ukrayna parlamenti Türkiyə ilə hərbi sazişi ratifikasiya edib


18-11-2021, 17:49.

          Ukrayna parlamenti Türkiyə ilə hərbi sazişi ratifikasiya edib

Ali Rada Türkiyə və Ukrayna hökumətləri arasında hərbi əməkdaşlıq barədə çərçivə sazişini ratifikasiya edib.

Veteninfo.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, sənədin lehinə ölkə parlamentinin 303 deputatı səs verib.

Saziş 2020-ci il oktyabrın 16-da Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri zamanı imzalanmışdı. Sənəd 21 istiqamət üzrə Türkiyə ilə Ukrayna arasında hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

 


Вернуться назад