Главная > Region > Bu rayonlarda mərkəzi xəstəxanalarla diaqnostika mərkəzləri birləşdirildi (SİYAHI)

Bu rayonlarda mərkəzi xəstəxanalarla diaqnostika mərkəzləri birləşdirildi (SİYAHI)


10-11-2021, 18:56.

           Bu rayonlarda mərkəzi xəstəxanalarla diaqnostika mərkəzləri birləşdirildi (SİYAHI)

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ildə səhiyyə sistemində bir çox islahatlar həyata keçirilir. Aparılan islahatların məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir.

 

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, eyni zamanda bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq.

 

Struktur dəyişiklikləri nəticəsində aşağıdakı müalicə diaqnostika mərkəzləri rayon mərkəzi xəstəxanalarına birləşdirilib:

 

1. Lənkəran Müalicə-Diaqnostika Mərkəzi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına

2. Qəbələ Müalicə-Diaqnostika Mərkəzi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına

3. Füzuli Müalicə-Diaqnostika Mərkəzi Füzuli Rayon Mərkəzi Xəstəxanasına

4. Quba Müalicə-Diaqnostika Mərkəzi Quba Rayon Mərkəzi Xəstəxanasına

5. Bərdə Müalicə-Diaqnostika Mərkəzi Bərdə Rayon Mərkəzi Xəstəxanasına

6. Zaqatala Müalicə-Diaqnostika Mərkəzi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına

7. Şamaxı Müalicə-Diaqnostika Mərkəzi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına

 

Aşağıda qeyd edilən diaqnostika mərkəzlərinin isə rayon/şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi nəzərdə tutulub:

1. Şirvan Müalicə Diaqnostika Mərkəzi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına

2. Qazax Müalicə-Diaqnostika Mərkəzi Qazax Rayon Mərkəzi Xəstəxanasına

3. Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına

4. Tovuz Hemodializ və Diaqnostika Mərkəzi Tovuz Rayon Mərkəzi Xəstəxanasına.

 


Вернуться назад