Главная > Region > Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında insdent - Yaralananlar var

Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında insdent - Yaralananlar var


9-11-2021, 06:51.

         Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında insdent -Yaralananlar var

 

Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya hərbçiləri arasında insident olub.

 

Uluyol.info Report-a istinadən xəbər verir ki, Rusiya vətəndaşları - 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakinləri - 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub.

 

Nəticədə A.Avanesyan başından yaralanıb. Onu hospitala yerləşdiriblər.

 

Daha sonra naməlum şəxslər polisə rusiyalı əsgərlərin sakinlərlə mübahisə etdikləri barədə məlumat veriblər. Rusiya hərbçiləri polis bölməsinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад