Главная > Mövqe > İranın Azərbaycandakı səfirliyi xüsusi açıqlama yaydı: "Sərhəd məntəqəsi..."

İranın Azərbaycandakı səfirliyi xüsusi açıqlama yaydı: "Sərhəd məntəqəsi..."


15-10-2021, 23:04.

         İranın Azərbaycandakı səfirliyi xüsusi açıqlama yaydı: "Sərhəd məntəqəsi..."

 

Musavat.com xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi xüsusi açıqlama yayıb.

Açıqlamada səfirlik bəyan edir ki, Astara sərhəd keçid məntəqəsi İrana səfər üçün açıqdır.

Müalicə üçün Astara sərhəd keçid məntəqəsi vasitəsilə İrana getmək niyyətində olan Azərbaycan vətəndaşlarının nəzərinə çatdırılır ki, giriş və çıxış prosesində heç bir dəyişiklik yoxdur:"Müraciət edənlər, Azərbaycan Respublikasındakı müvafiq qurumlardan lazımi icazələri aldıqları təqdirdə, səfirliyin konsulluq şöbəsinə müraciət edə bilərlər ki, lazımi koordinasiyadan sonra mövcud prosedura uyğun olaraq İrana daxil ola bilsinlər".

İranla münasibətlərimizin xüsusi soyuq olduğu bir zamanda belə bir bəyanatın yayılması maraq doğurur. İran, Azərbaycanla münasibətləri pozulma həddinə gətirdikdən sonra ölkəmizin əhalisinə "sərhədlər açıqdır, müalicəyə gedə bilərsiniz", mesajı verir.

Bu məlumatın yayılması ondan xəbər verir ki, Azərbaycan vətəndaşlarının İrana getmə intensivliyi son günlərdə kifayət qədər aşağı düşüb.
25 min separatçı erməniyə görə 10 milyon xalqı (İranda və kənarda yaşayan soydaşlarımızla birlikdə, 50 milyon) özünə qarşı qaldıran İran deyəsən fəsadları indi - indi anlamağa başlayıb.

 


Вернуться назад