Главная > Siyasət > Sergey Melikov Dağıstan Respublikasının rəhbəri seçilib

Sergey Melikov Dağıstan Respublikasının rəhbəri seçilib


14-10-2021, 21:11.

               Sergey Melikov Dağıstan Respublikasının rəhbəri seçilib

 

Dağıstan Xalq Məclisinin deputatları Sergey Melikovu respublikanın rəhbəri seçiblər.

"Report" xəbər verir ki, Xalq Məclisinin 90 deputatından 82-si Melikova səs verib.

Melikov and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, 2020-ci il oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Vladimir Vasilyevin istefasını qəbul edib və onu özünə məsləhətçi təyin edib. Sergey Melikov isə Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edilib.

 

 


Вернуться назад