Главная > Siyasət > Özbəkistan prezidentliyinə namizədlər

Özbəkistan prezidentliyinə namizədlər


14-10-2021, 19:44.

             Özbəkistan prezidentliyinə namizədlər

 

 

Oktyabrın 14-ü Özbəkistanda prezident seçkisinin erkən səsverməsi başlayıb. Bu proses oktyabrın 20-də bitir. Əsas səsvermə oktyabrın 24-nə təyin olunub.

Novator.az bildirir ki, dövlət başçısı kürsüsünə 5 iddiaçı var. Sosial Demokrat Partiyası Bəhram Abduhalimovu, Xalq Demokrat Partiyası Məqsudə Vorisovanı, Milli Dirçəliş Partiyası Əlişir Qədirovu, Ekologiya Partiyası Narzulla Oblomuradovu namizəd göstərib.

Liberal Demokrat Partiyasının namizədi indiki prezident Şövkət Mirziyayevdir. 1957-ci il təvəllüdlü Şövkət Mirziyayev Özbəkistan Ali Sovetinin, Ali Məclisinin deputatı, paytaxt Daşkəndin Mirzə-Uluqbəy rayonunun, Cizak vilayətinin, Səmərqənd vilayətinin icra hakimi olub. 2003-cı il dekabrın 12-dən baş nazir postunu tutub.

2016-cı il sentyabrın 8-dən prezident səlahiyyətlərini icra edib, dekabrın 4-də prezident seçilib.

Özbəkistan prezident idarə üsulu 1990-cı ildən tətbiq olunur. Həmin ildən vəfat etdiyi 2016-cı il sentyabrın 2-dək prezident postunu İslam Kərimov tutub.

 


Вернуться назад