Главная > Siyasət > Müsavat Rövşən Hüseynov və digərlərinin azadlığa buraxılmasını tələb edir

Müsavat Rövşən Hüseynov və digərlərinin azadlığa buraxılmasını tələb edir


14-10-2021, 18:19.

           Müsavat Rövşən Hüseynov və digərlərinin azadlığa buraxılmasını tələb edir

 

Oktyabrın 14-də Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib.

 

 

İclasda Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Rövşən Hüseynovun həbsi barədə məlumat dinlənilib. Bildirilib ki, Rövşən Hüseynovun barəsində çıxarılan qanunsuz məhkəmə hökmündən apelyasiya şikayəti veriləcək, müvafiq hüquqi prosedurların həyata keçirilməsi

üçün vəkil Nemət Kərimli ilə müqavilə bağlanıb.

 

Divan partiya üzvü Rövşən Hüseynovun, eləcə də jurnalist Anar Abdullanın və gənc fəal Elmir Abbasovun həbsini Azərbaycanda siyasi repressiyaların davamı kimi qiymətləndirib, onların və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib.

 


Вернуться назад