Главная > Mədəniyyət > Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam vəfat etdi


7-10-2021, 22:15.

                 Əməkdar rəssam vəfat etdi


Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib.

 

Uluyol.info  xəbər verir ki, Bu barədə APA-ya Rəssamlar İttifaqından məlumat verilib.

Bildirilib ki, 76 yaşlı rəssam bu gün vəfat edib.

Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir.

Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub.

Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

Allah rəhmət eləsin.

 

Namiq Dadaşov
Вернуться назад