Главная > Baş Xəbər / Aktual > "Zəngəzur dəhlizi açılsa..." - Xamneyinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi

"Zəngəzur dəhlizi açılsa..." - Xamneyinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi


7-10-2021, 19:26.

            "Zəngəzur dəhlizi açılsa..." -Xamneyinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi

 

İranın ali rəhbəri ƏliXamneyinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib.

 

Musavat.com Azad İran telegramkanalına istinadən bildirir ki, İranın hərbi gücünün yüksək olduğunu iddia edən Hüseyn Əliyi deyib ki, İsrail ABŞ-ın bölgədəki məğlubiyyətindən sonra onun yerini doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır.

"İran buna imkan verməyəcək. Türkiyə və Azərbaycan bilməlidirlər ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”, - deyə Hüseyn Əliyi bildirib.

O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib:

"Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”.

Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların buna nail ola bilməyəcəklərini deyib.

 


Вернуться назад