Главная > Islam > Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur?

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur?


6-10-2021, 21:28.

             Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur?

XIX əsrin əvvəllərində Azərbaycan Rusiyaya birləşdirildikdən sonra dini işlərə nəzarət etmək məqsədi ilə Qafqaz (Zaqafqaziya) Ali Ruhani idarəsi təsis edildi.1823-cü ildə yaradılmış bu qurumun ilk başçısı Şeyxül-islam titulunu daşıyrdı. 1832-ci ildə sünni müsəlmanların lideri olaraq müftilik vəzifəsi yaradıldı. Qafqazın (Zaqafqaziyanın) ilk Şeyxül-islamı Axund Məhəmmədəli Hüseynzadə Salyani (1760-1852) olmuşdur. O, 1823-cü ildən 1846-cı ilə kimi bu vəzifəni icra etmişdir. Şeyxül-islam Salyani İraqda mükəmməl dini təhsil almışdı və bu vəzifəyə təyin edilməzdən əvvəl Tiflisdəki Şah Abbas məscidinin axundu kimi fəaliyyət göstərirdi. O, görkəmli publisist və maarifpərvər Əli bəy Hüseynzadənin ana babasıdır. Qeyd edək ki, Axund Məhəmmədəli Hüseynzadənin oğlu Axund Əhməd Hüseynzadə də 1852-84-cü illərdə Şeyxül-islam vəzifəsini icra etmişdir. Bütün bu müddət ərzində dini idarə Tiflis şəhərində fəaliyyət göstərirdi.//islam.az


Вернуться назад