Главная > Ümumi > “Eurovision-2016”nın keçiriləcəyi vaxt məlum oldu

“Eurovision-2016”nın keçiriləcəyi vaxt məlum oldu


12-03-2016, 22:44.
"Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı məlum olub. 


Əvvəlki illərdə olduğu kimi bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq.


Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.


Müsabiqə Stokholmda "Globen Arena”da keçiriləcək.


Bu il müsabiqədə 43 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar.


Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.

Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, "Eurovision” müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.   (modern.az)
 
Uluyol.info


Вернуться назад