Главная > Dünya > Mixail Saakaşvilini Gürcüstana yük maşınının sürücüsü gətirib

Mixail Saakaşvilini Gürcüstana yük maşınının sürücüsü gətirib


3-10-2021, 22:26.

             Mixail Saakaşvilini Gürcüstana yük maşınının sürücüsü gətirib

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili böyük yük maşınının sürücüsü tərəfindən gizlicə doğma ölkəsinə gətirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Cnews” portalı məlumat yayıb.

"Saakaşvilini Gürcüstana gizli yollarla Gürcüstan vətəndaşı, Abaşa şəhərində doğulan Elquca Lomaya adlı sürücü gətirib”,-deyə portal sürücünün yaxınlarından birinin verdiyi informasiyanı çatdırıb.

Qohumun sözlərinə görə, Elquca Gürcüstandan Ukraynaya göyərti daşımaqla məşğuldur. Mixail Saakaşvilinin yolboyu maşının kabinasında oturduğu söylənilir.

Xatırladaq ki, oktyabrın 1-də vətənə döndüyünü bəyan edən Mixail Saakaşvili elə həmin gün Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Gürcüstan polisi onun hərəkəti barədə əvvəlcədən məlumatlı olduğunu bildirir.

 


Вернуться назад