Главная > Baş Xəbər / Aktual > İrandan Pakistan ərazisinə hücum: 1 əsgər öldürüldü

İrandan Pakistan ərazisinə hücum: 1 əsgər öldürüldü


30-09-2021, 00:06.

        İrandan Pakistan ərazisinə hücum: 1 əsgər öldürüldü

 

Yaşadığımız tarixin fərqindəyikmi?! Pakistan İran ərazisindən edilən silahlı hücum nəticəsində bir əsgərinin həyatını itirdiyini açıqladı.
Pakistan ordusunun yaydığı açıqlamada, hadisənin Bəlucistan əyalətinin İran sərhədindəki Çukab bölgəsində baş verdiyi bildirilib.
Açıqlamada, Pakistan ordusuna bağlı sərhəd birliklərinin hədəf alındığı və odlu silahlardan açılan atəş nəticəsində bir əsgərin öldürüldüyü qeyd olunub.
Məlumata görə, Pakistan ordusunun cavab verməsi ilə atəş nöqtələri susdurulub. Pakistan hadisədən sonra, İrana etiraz edərək rəsmi Tehrandan izahat tələb edib.

Hücumu heç bir silahlı qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, iki ölkə arasındakı 800 kilometrlik sərhəd xətti dağlıq və çöllük bölgələrdən ibarətdir.

 


Вернуться назад