Главная > Siyasət > Natiq Cəfərli: “Bu ilin birinci yarısında hərəkatımız partiyaya çevrilə bilər”

Natiq Cəfərli: “Bu ilin birinci yarısında hərəkatımız partiyaya çevrilə bilər”


10-03-2016, 12:57.
Natiq Cəfərli:
"REAL hərəkatının partiyaya çevrilməsi istiqamətində proses davam edir”.
 
Bunu APA-ya açıqlamasında Respublikası Alternativ (REAL) hərəkatının icra katibi Natiq Cəfərli deyib.
 
N. Cəfərli bildirib ki, REAL-ın partiya quruculuğunda üstünlük verdiyi model hazırkı siyasi partiyaların
strukturundan fərqlidir. Onun sözlərinə görə, hərəkatın 18 el məclisinin formalaşması prosesinə
start verilib və artıq işlər yekunlaşmaq üzrədir: "Bütün el məclisləri formalaşdıqdan sonra qurultayın
çağırılması və günün təyin olunması ilə bağlı qərar veriləcək. İşlərimiz yaxşı getsə, düşünürəm ki,
bu ilin birinci yarısında partiyalaşma qurultayı keçirilə bilər”.

Вернуться назад