Главная > İqtisadiyyat > Avropada qazın qiymətində rekord yenilənib
Avropada qazın qiymətində rekord yenilənib29-09-2021, 14:29. |
Avropa birjalarında təbii qazın qiymətləri min kubmetr üçün min dollardan yuxarı həddə alınıb-satılır. Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti 1 040 dollara çatıb. Qazın qiyməti ötən sutka ilə müqayisədə 8 faiz artıb. Ötən gün təbii qaz birjalarda rekord vuraraq 1 031 dollar çatmış, daha sonra 950 dollaradək azalmışdı. Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.
Вернуться назад |