Главная > Dünya > Trampla bağlı ilginc AÇIQLAMA- onun “musiqiçi” ləqəbli köməkçisi ...

Trampla bağlı ilginc AÇIQLAMA- onun “musiqiçi” ləqəbli köməkçisi ...


29-09-2021, 17:56.

                Trampla bağlı ilginc AÇIQLAMA- onun "musiqiçi” ləqəbli köməkçisi ...

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın əsəbi vaxtlarda onu sakitləşdirən, melodiyalar ifa edən xüsusi köməkçisi varmış.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "The New York Times” və "The Washington Post” qəzetlərində maraqlı məlumatlar dərc olunub.

Adı çəkilən mətbu orqanlar bu informasiyanı Donald Trampın keçmiş mətbuat katibi Stefani Qrişemin Ağ Evdəki xatirələrini qələmə aldığı kitabdan götürüblər.


Hazırda həm Donald Tramp, həm də onun xanımı Melani kitabı sərt şəkildə tənqid edirlər. Sabiq prezidentin hazırkı media sözçüsü Liz Harrinqton isə yazılanları "ağ yalan” adlandırıb.
Stefani Qrişemin bildirdiyinə görə, Ağ Evin baş hüquqşünası Pet Çippolonenin dəfələrlə prezidenti bəzi qanunsuz hərəkətlərdən çəkinməyə çağırması keçmiş prezidenti bərk əsəbiləşdirirmiş.
Həmin vaxtlarda isə prezidentin köməkçilərindən biri onun üçün pianoda "Memory” mahnısını ifa edirmiş.

 


Вернуться назад