Главная > Region > Qaxda və Balakəndə zəlzələ olub

Qaxda və Balakəndə zəlzələ olub


28-09-2021, 23:25.

          Qaxda və Balakəndə zəlzələ olub

 

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar təxminən saat 22:55 radələrində Zaqatalada və Qax rayonunun kəndlərində baş verib. Zəlzələ hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.

 


Вернуться назад