Главная > Siyasət > Britaniyalı deputatdan ÇAĞIRIŞ: Ermənistan mina xəritələrini Azərbaycana verməlidir

Britaniyalı deputatdan ÇAĞIRIŞ: Ermənistan mina xəritələrini Azərbaycana verməlidir


27-09-2021, 22:03.

            Britaniyalı deputatdan ÇAĞIRIŞ: Ermənistan mina xəritələrini Azərbaycana verməlidir

 

"Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir".

Uluyol.info "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britanıyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Con Houell bu gün qurumun işə başlayan yay sessiyasında "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

"İnsan ölümünün qarşısını almaq üçün bölgənin minalardan təmizlənməsi vacibdir. Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir. Bütün beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardımçı olmalıdır. Hər iki xalq, Azərbaycan və erməni xalqı sülhə doğru irəliləməlidir".

 


Вернуться назад