Главная > Baş Xəbər / Dünya > Türkiyə Suriyada Afrin bölgəsinə hərbi birliklər gətirdi

Türkiyə Suriyada Afrin bölgəsinə hərbi birliklər gətirdi


27-09-2021, 13:25.

                Türkiyə Suriyada Afrin bölgəsinə hərbi birliklər gətirdi

 

İngilis xəbər agentliyi "Reuters" Rusiyanın Türkiyənin nəzarətindəki Afrin bölgəsinə bombardımanlarından sonra Ankaranın baş verə biləcək müharibə hazırlıqlarına başladığını açıqlayıb.

Avropa.info xəbər verir ki, agentliyin yaydığı məlumata görə, artan hava hücumlarına qarşı Türkiyə bölgəyə yeni hərbi birliklər cəlb edib.

"Türkiyən son iki həftə ərzində bölgəyə çox sayda əsgər göndərməklə, ərazidəki türk bazalarını gücləndirərək bölgəyə hücumun qarşısını almaq əzmində olduğunu göstər",-deyə "Reuters" bildirib.

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun sözçüsü, Youssef Hamoud agentliyə açıqlamasında, "Türk ordusu bütün hərbi bazalarını gücləndirdi və döyüş mövqeyi alması üçün bölgəyə zirehli maşınlar, əsgərlər və texnikalar göndərildi", - deyib.

Agentliyə danışan hərbi mənbələr, Türkiyədən gələn raket atıcıları və tanklar da daxil olmaqla hərbi konvoyun şənbə günü gecə Suriyaya keçdiyini və türk bazalarının yerləşdiyi Cəbəl əl -Zəviyə doğru getdiyini bildiriblər.

Qeyd edək ki, ötən il İdlibdə yaşayan bir milyona yaxın insan Suriya ordusu ilə Rusiyanın hücumları səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalmışdı. Daha sonra Ərdoğanla Putin görüşdü və bu hücumlar dayandırıldı. Çərşənbə günü iki lider bu mövzunu müzakirə etmək üçün yenidən görüşəcəklər.

 


Вернуться назад