Главная > Region > Sabahdan hava dəyişir - 4 gün yağış yağacaq
Sabahdan hava dəyişir - 4 gün yağış yağacaq27-09-2021, 19:44. |
Sabahdan hava dəyişir -4 gün yağış yağacaqSentyabrın 28-dən oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən Uluyol.info-ya məlumata görə, yarımadanını bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. 30-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək. Azərbaycanın rayonlarında sentyabrın 28-i şimal və şərq rayonlarından başlayaraq oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şimal və şərq rayonlarında isə yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Вернуться назад |