Главная > Baş Xəbər / Siyasət > Ərdoğandan ABŞ-a ŞOK SÖZLƏR: "Kimsə işimə qarışa bilməz"

Ərdoğandan ABŞ-a ŞOK SÖZLƏR: "Kimsə işimə qarışa bilməz"


27-09-2021, 17:41.

            Ərdoğandan ABŞ-a ŞOK SÖZLƏR:"Kimsə işimə qarışa bilməz"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400 müdafiə sistemləri barədə sərt açıqlaması ABŞ-da narazılıqla qarşılanıb.

Dövlət Departamentinin açıqlamasına görə, Türkiyənin Rusiyadan daha çox silah alması Ankaraya qarşı sanksiyaların işə düşməsinə səbəb ola bilər: "Türkiyəyə Rusiyadan daha çox hərbi ləvazimatlar almaması üçün xəbərdarlıq edirik. Bu sanksiyaları təşviq edər” - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, amerikalı jurnalistin "Deyəsən, daha bir partiya S-400 almağı planlaşdırırsız?” sualına Ərdoğan belə cavab verib:

"Bundan sonra da kimsə bizim müdafiə sistemlərimizi hansı ölkədən, nə qədər, nə alacağımıza müdaxilə edə bilməz. Bunun qərarını biz veririk. Ona kimsə qarışa bilməz”. / Metbuat.az

 


Вернуться назад