Главная > Cəmiyyət > Türkiyədə təlimlərində iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Türkiyədə təlimlərində iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb18-09-2021, 18:15. |
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə Musavat.com-aMüdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.
Вернуться назад |