Главная > Region > Şuşada qəzaya düşən hərbçi vəfat edib

Şuşada qəzaya düşən hərbçi vəfat edib


17-09-2021, 21:30.

             Şuşada qəzaya düşən hərbçi vəfat edib

 

Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu Ülvi İbrahimov vəfat edib.

"Report”un xəbərinə görə, Saatlı rayonunun Qara Nuru kənd sakini İ.İbrahimov sentyabrın 16-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İ.İbrahimov bir müddət əvvəl Şuşada hərbi avtomobilin aşması nəticəsində yaralanıb, daha sonra o, xəstəxanaya yerləşdirilib

 


Вернуться назад