Главная > Siyasət > Ərdoğan Rusiyanı işğalçılıqda ittiham etdi "Sizi Ukraynaya kim çağırıb?"

Ərdoğan Rusiyanı işğalçılıqda ittiham etdi "Sizi Ukraynaya kim çağırıb?"


10-03-2016, 00:06.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyini bildirib.

Uluyol.info "avropa.info"-ya istinadən xəbər verir ki, Ərdoğan Rusiyanı işğalçılıqda ittiham edib.

"Türkiyə Krımın qeyri-qanuni işğalını tanımır və bundan sonra da tanımayacaq. Güclü bir Ukrayna regional
sülhün zəmanətidir. Krımın işğaldan qurtarması üçün çalışacağıq. "Suriya rejimi biz çağırdı" deyərək Suriyaya
girən Rusiyanı Ukraynaya kim çağırıb? Bunun beynəlxalq hüquqda yeri varmı? Rusiya düşünür ki,
"güclüyəm, haqlıyam" anlayışı keçərlidir.Onlar haqlı deyil, ola da bilməzlər" deyə Ərdoğan qeyd edib.

Вернуться назад