Главная > Dünya > Ermənistan xarici işlər naziri təyyarə nasazlığına görə Düşənbəyə uça bilməyib

Ermənistan xarici işlər naziri təyyarə nasazlığına görə Düşənbəyə uça bilməyib


15-09-2021, 20:01.

             Ermənistan xarici işlər naziri təyyarə nasazlığına görə Düşənbəyə uça bilməyib

 

"Ermənistan xarici işlər naziri təyyarə nasazlığına görə Ararat Mirzəyan Düşənbəyə gedə və KTMT-yə üzv ölkələrin Təhlükəsizlik şurasının katibləri, xarici işlər nazirləri və müdafiə nazirlərinin icasında iştirak edə bilməyib”.

Musavat.comerməni mediasına istinadən xəbər verir ki, bu rəsmi bəyanat Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Vahan Unanyan tərəfindən səsləndirilib.

Nazirlik sözcüsünün söylədiklərinə görə, A.Mirzəyan sabah KTMT strukturları çərçivəsində həyata keçirilən görüşlərdə ola biləcək və iki tərəfli görüşlər də keçirəcək.

Qeyd etmək lazımdır ki,bundan öncə Rusiya XİN KTMT ölkələrinin diplomatik və güc strukturlarının rəhbərlərinin birgə fotosunu yayımlayıb. Həmin fotoda Ermənistanın xarici işlər nazirindən başqa müdafiə nazirinin də görünməməsi diqqət çəkib. Orada rəsmi İrəvanı yalnız Təhlükəsizlik şuraısnın katibi Armen Qriqoryan təmsil edib.

Erməni mənbələr müdafiə naziri Arşak Karapetyanın anasının vəfat etməsi səbəbindən getmədiyini yazır.

 


Вернуться назад