Главная > İdman > Rusiya - Azərbaycan matçının hakimləri açıqlanıb

Rusiya - Azərbaycan matçının hakimləri açıqlanıb


15-09-2021, 18:13.

               Rusiya - Azərbaycan matçının hakimləri açıqlanıb

 

Qadınlardan ibarət Azərbaycan millisinin Rusiyaya qarşı keçirəcəyi dünya çempionatının Avropa zonası üzrə seçmə oyununun hakimləri açıqlanıb.

Uluyol.info  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın referisi Viola Raudzinaya yan xətt hakimləri Liqa Didrike və Diana Vanaqa köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Yelena Yermolayeva yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 17-də Moskvada keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

 
 
Uluyol.info

Вернуться назад