Bu deputatlar da YAP-dakı sədrlikdən GETDİLƏR
Hakim Yeni Azərbaycan
Partiyasının (YAP) son qurultayında (bu il martın 5-də keçirlmiş VII qurultay)
qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri
ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də
daxildir.
Bu dəyişikliyə uyğun olaraq YAP-ın rayon təşkilatlarına sədrlik edən deputatlar
həmin vəzifəni təhvil verirlər.
Artıq Yeni Azərbaycan PartiyasıGəncə şəhər təşkilatının sədri,
deputat Naqif Həmzəyev ötən
gün istefaya getdiyini açıqlayıb.
YAP-ın İdarə Heyətinin bu gün saat 15.00-da başlayacaq iclasının gündəliyinə Bakı
rayonları üzrə yeni təşkilat sədrlərinin təyin olunması məsələsinə baxılacaq.
Modern.az xəbər verir ki,
YAP-ın Bakı rayonlarındakı yerli təşkilatlarına rəhbərlik edən digər deputatlar
da artıq postlarını təhvil veriblər. Bu gün onların yerinə seçiləcək yeni sədrlərin
adları elan olunacaq.
Qeyd edək ki, partiyanın Qaradağ rayon təşkilatına deputat Aydın Hüseynov sədrlik
edirdi.
Nizami rayon təşkilatında sədrliyi deputat Sədaqət
Vəliyeva edirdi.
Nəsimi rayon təşkilatının sədri deputat Məlahət
İbrahimqızı idi.
Səbail rayon təşkilatına sabiq deputatŞəmsəddin
Hacıyevrəhbərlik edirdi.
Yasamal rayon təşkilatında sədri isə Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov idi.
Bundan başqa, Pirallahıda sədr Hikmət Şikarov;
Binəqədidə Ramiz Göyüşov;
Xəzər rayonunda Ramiz Əhmədov;
Nərimanovda Təmraz Tağıyev;
Sabunçuda Mehriban Abasquliyeva;
Suraxanıda Vüqar Seyidov sədr
postunu tuturdu.
Xətai rayonunda sabiq deputat Hüseynbala Mirələmov sədrlikdən
uzaqlaşdırılandan sonra həmin post boşalıb.
Вернуться назад
|