Главная > Maraqlı > 12 yaşlı uşaq hazırladığı qrafik servisindən 260 min sterlinq qazandı

12 yaşlı uşaq hazırladığı qrafik servisindən 260 min sterlinq qazandı


12-09-2021, 18:13.

          12 yaşlı uşaq hazırladığı qrafik servisindən 260 min sterlinq qazandı

 

Londonda yaşayan 12 yaşlı Benyamin Əhməd yay tətilində hazırladığı NFT sertifikatlı "Weird Whales” ("Əcaib balinalar) qrafik seriyasını sataraq 290 min funt (təxminən 680 min manat) qazanıb.


Rəqəmsal olaraq buraxılan NFT sertifikatları bir sənət əsərinin həqiqiliyini təsdiq edir. Bu sertifikata sahib olan əsəri alan şəxs, istədiyi zaman onu baha qiymətə sata bilər.

"Ethereum”adlı kriptovalyutada satış edən Benyamin, satışdan gələn gəlirləri "Ethereum” olaraq saxlamağa davam edir. Bu o deməkdir ki, onların dəyərləri sürətlə dəyişə bilər.
Maraqlıdır ki, Benjamin heç vaxt bank hesabının olmadığını deyir.

Lakin NFT-ə olan maraqla bağlı fikirlər fərqlidir. Onun nə qədər möhkəm və etibarlı sərmayə olduğuna dair fikir ayrılıqları var. Məsələn, "Christie”in keçmiş hərracçısı Çarles Allsop bunları almağın "ağılsızlıq" olduğunu deyir:

"Mövcud olmayan bir şey almaq fikri qəribədir. Buna sərmayə qoyanların aldadıldığını düşünürəm. Ümid edirəm ki, pulları batmaz".


Вернуться назад