Главная > Cəmiyyət > Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə – Rəsmi səfər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə – Rəsmi səfər


12-09-2021, 14:23.

            Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə – Rəsmi səfər

 

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir.

Müdafiə Nazirliyindən Yenicag.az-averilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir.

Səfər sentyabrın 14-dək davam edəcək.

 


Вернуться назад