Главная > Dünya > Pakistanda sel nəticəsində ölənlərin sayı artır

Pakistanda sel nəticəsində ölənlərin sayı artır


12-09-2021, 09:43.

      Pakistanda sel nəticəsində ölənlərin sayı artır

 

Pakistanın Pəncab vilayətində şiddətli yağışların səbəb olduğu təbii fəlakət və qəzalar nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib. Uluyol.info xarici KİV-ə istinadən xəbər verir ki, onlar tavanların çökməsi və elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

Bildirilib ki, ölənlərdən dördü uşaqdır. 30-dan çox insan isə yaralanıb.

Pəncapda elektrik enerjisinin verilişdə problemlər yaranıb, bəzi yerlərdə nəqliyyat dayanma nöqtəsinə çatıb. İctimai nəqliyyatın işi ləngiyib.
Vilayət üzrə axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, dünən Lahorda yağış səbəbindən bir evin tavanı çöküb, nəticədə, üç uşaq ölüb.


 

Uluyol.info


Вернуться назад