Главная > Mədəniyyət > Cavanşir Quliyev "İrəvan Türk Cumhuriyyəti"nin dövlət himnini bəstələdi

Cavanşir Quliyev "İrəvan Türk Cumhuriyyəti"nin dövlət himnini bəstələdi


19-05-2021, 13:40.

                Cavanşir Quliyev "İrəvan Türk Cumhuriyyəti"nin dövlət himnini bəstələdi

 

Himni böyük simfonik orkestr və böyük qarışıq xor ifa edəcək. Əgər koronavirus imkan versə, yay aylarında lentə yazılacaq.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "İrəvan Türk Cumhuriyyəti"nin dövlət himnini bəstələyib.

 

Bəstəkar sözügedən himnin yaranmasının səbəbindən Sputnik Azərbaycan-a danışıb:

 

"Himnin yaranma tarixi kifayət qədər uzun oldu. Təxminən keçən ilin yay aylarında "İrəvan Türk Cumhuriyyəti" tərəfindən mənə təklif etdilər, mən də qəbul etdim. Dedim, sözləri özünüz seçin. Çünki himn siyasi atributdur. Himnin sözləri mütləq araşdırılmalıdır, rəhbərlik tərəfindən müzakirə olunmalıdır. Şairlər arasında müsabiqə elan etdilər. Müsabiqə müddəti uzun çəkdi. Çox şeirlər yazıldı, mənə də o şeirləri göndərirdilər. Nəhayət, bir şeirin üzərində qaldılar və mən həmin sözlərə himn yazdım. Himnin sözlərini iki şair - Eldar İsmayıl Böyüktürk və Abdulla Cəfəri yazıblar".

 


Вернуться назад