Главная > Mövqe > XİN başçısı: “1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib”

XİN başçısı: “1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib”


19-05-2021, 19:45.

                   XİN başçısı:"1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib”

 

Azərbaycan hərbi əsir statuslu şəxsləri Ermənistana geri qaytarıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Musavat.com-a verilən xəbərə görə, bunu nazir Ceyhun Bayramov ABŞ-ın "Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşdə deyib.

Nazirin sözlərinə görə, 1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib.

O bildirib ki,kommunikasiya xətlərinin açılışı istiqamətində müvafiq danışıqlar davam etdirilir.

"Eyni zamanda, hələ 1991-94-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşən 4000-dək azərbaycanlı ilə bağlı məlumat bu günədək Ermənistan tərəfindən verilməyib", - deyə XİN başçısı vurğulayıb.

 


Вернуться назад