Главная > Region > Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”


18-05-2021, 12:31.

          Dövlət Agentliyi:"Şuşa əsas turizm məkanı olacaq”

 

İşğaldan azadedilmiş ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanıb.

Bunu Musavat.com-aaçıqlamasında Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövlət qurumlarının infrastruktur əsaslı birgə qiymətləndirilməsi işləri aparılır:

"Yolların haradan keçəcəyi aydınlaşdıqdan, infrastruktur hazır olduqdan sonraDövlət Turizm Agentliyi olaraq öz qiymətləndirməmizi müəyyənləşdirəcəyik".

Qurum rəsmisibildirib ki, Şuşa həm daxili, həm də xarici turizmdə əsas məkan olacaq:

"Şuşa ilə bağlı planlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik".

 


Вернуться назад