Главная > Dünya > Trampın yeni saytı istifadəçilər arasında populyarlaşıb

Trampın yeni saytı istifadəçilər arasında populyarlaşıb


12-05-2021, 22:43.

                     Trampın yeni saytı istifadəçilər arasında populyarlaşıb

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın yeni 45office.com saytında bir həftə ərzində 212 min aktivlik halı qeydə alınıb.

Bu barədə "BuzzSumo” analitik şirkəti məlumat yayıb.

Məlumata görə, başlığında "Trampın süfrəsindən” şüarı yazılan sayt mühafizəkar siyasətçilərin vətəndaşlarla birbaşa ünsiyyətini asanlaşdırmaq məqdsədilə hazırlanıb.

Qeyd edək ki, yeni portalın yaradılmasına ehtiyac Trampın sosial şəbəkə hesablarının bloklanmasından sonra yaranıb. Onlayn resursun istifadəyə verilməsindən cəmi bir həftə sonra burada yerləşdirilən Trampın nitqləri çoxsayda bəyənmə toplayıb. Eks-prezidentin çıxışlarını şərh edənlər də az olmayıb.

 


Вернуться назад