Главная > Baş Xəbər / Cəmiyyət > Ulu Yol Gənclər Təşkilatı Xalqı təbrik etdi

Ulu Yol Gənclər Təşkilatı Xalqı təbrik etdi


12-05-2021, 15:37.

          Ulu Yol Gənclər Təşkilatı Xalqı təbrik etdi

Ulu Yol Gənclər Təşkilatı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.


Təbrikdə deyilir:

"Əziz həmvətənlər!
Sizləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik. Allah-Təala Sizlərə sağlam can, uzun ömür, bol ruzi, sağlam mühitdə yaşamaq nəsib etsin.  Müqəddəs kitabımız "Qurani-Kərim"in məhz bu ayda gəlişi bir daha Ramazan ayının Allah dərgahında önəmli ay olduğunu isbat edir. Ötən bir ay ərzində tutulan orucları, qılınan namazları və duaları Allah qəbul etsin. Allah Təala həqiqi İslamın yer üzündə bərqərar olmasına yardımçı olsun. 

 

 Nə xoş halımıza ki, bu il bayram namazı məhz işğaldan azad edilən Şuşa şəhərində qılınacaq. Şəhid və qazilərimiz hesabına illərdir həsrət qaldığımız yerlərdə və həmin yerlərin ibadət ocaqlarında Ramazanı qeyd edirik. Bu gün onların sayəsində daha da əzmli, qürurluyuq. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. 


  Bu mübarək günlərdə belə İslam ölkələrində müəyyən qruplaşmaların törətdiyi terror aktlarının da şahidi oluruq. Fələstin-İsrail münaqişəsi yenidən alovlanıb. Məhz ilk qibləmiz olan Məscidül-Əqsa raket atışlarına məruz qalır. Çin rejiminin zillətini milyonlarla Uyğur müsəlman-türk qardaşlarımız yaşayır. Türk-İslam dünyası ortaq bir mövqedən çıxış etməyənə qədər bu kimi bəlalardan qaça bilməyəcəyik.


Allah-Təala haqq yolda olan, haqq naminə yaşayan, həyatını Azərbaycanımızın inkişafı, rifahı üzərində quranlara yardımçı olsun. Xalqımızın ortaq dualarına bizdə amin deyirik.


Bir daha bütün xalqımızı müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik.

Ulu Yol Gənclər Təşkilatı idarə heyəti"

 

 


Вернуться назад