Главная > Cəmiyyət > Vətən müharibəsində itkin düşmüş hərbçinin 7 ay sonra nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş hərbçinin 7 ay sonra nəşi tapılıb


6-05-2021, 23:16.

              Vətən müharibəsində itkin düşmüş hərbçinin7 ay sonra nəşi tapılıb

 

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

 

Bu barədə APA-ya şəhidin qardaşı məlumat verib. Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb.

Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.

Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Allah rəhmət eləsin!

 


Вернуться назад