Главная > Region > Qusarda qar daha çox bu ərazilərə yağıb

Qusarda qar daha çox bu ərazilərə yağıb


6-05-2021, 16:09.

             Qusarda qar daha çox bu ərazilərə yağıb

 

Qusar rayonuna qar daha çox dağlıq ərazilərə düşüb.

Bu barədə Trend-ə Qusar rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, qarın yağması rayon üzrə heç bir fəsadlar yaratmayıb:

"Son iki gündə Qusarın dağlıq ərazilərində müşahidə olunan şaxtalı-yağışlı hava şəraiti ötən gün qara çevrilib. Qar daha çox Şahdağ milli park və Yerği Kek kəndi ərazisinə düşüb. Bu ay üçün əlbəttə qeyri-adi hadisə kimi qeydə alınsa da, xoşbəxtlikdən heç bir fəsad törətməyib".

Qeyd edək ki, hazırda rayon üzrə günəşli hava müşahidə olunur.

 


Вернуться назад