Главная > GÜNDƏM > Türkiyənin Mosuldakı Baş Konsulluğu yenidən fəaliyyətə başlayır

Türkiyənin Mosuldakı Baş Konsulluğu yenidən fəaliyyətə başlayır


6-05-2021, 19:29.

              Türkiyənin Mosuldakı Baş Konsulluğu yenidən fəaliyyətə başlayır

 

Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğu yenidən fəaliyyətə başlayacaq.

"Uluyol" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tvitterdə yazıb.

"Mosuldakı baş konsulluğumuz xidmətə hazırdır və yenidən fəaliyyətə başlayır. Bölgəmizin sabitliyi və firavanlığı üçün gecə-gündüz çalışan Türkiyə yenidən Mosulda qardaşlıq mühitinə xidmət edəcək. Ölkəmizə və bölgəmizə uğurlar!”, - o vurğulayıb.

 

 
Uluyol.info

Вернуться назад