Главная > GÜNDƏM > Azərbaycan axtarışda olan şəxsi Rusiyaya təhvil verib
Azərbaycan axtarışda olan şəxsi Rusiyaya təhvil verib6-05-2021, 21:40. |
Azərbaycan axtarışda olan şəxsi Rusiyaya təhvil veribRusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılaraq ölkəsinə təhvil verilib. Baş Prokurorluğun məttbuat xidmətindən APA-ya verilən məlumata görə, milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Rusiya ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub. Bildirilib ki, Rusiya Federasiyasının vətəndaşı Əsgərov Eldar
İsmayıl oğlunun – 01.10.2016-cı il tarixdən 13.12.2017-ci il tarixədək olan
dövr ərzində Novosibirsk şəhərində külli miqdarda aksiz markası ilə
markalanmalı olan alkoqol məhsullarını belə marka olmadan satma məqsədi ilə
istehsal edib saxlamasına əsaslı şübhələr müəyyən edilib.
Вернуться назад |