Главная > Mədəniyyət > “Göyçə: itirilmiş ocaq” adlı yeni sənədli film istehsal edilib

“Göyçə: itirilmiş ocaq” adlı yeni sənədli film istehsal edilib


5-05-2021, 17:25.

          "Göyçə: itirilmiş ocaq” adlı yeni sənədli film istehsal edilib

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən yeni, "Göyçə: itirilmiş ocaq" sənədli film istehsal edilib.

Musavat.com xəbər verir ki, filmdə buz kimi bulaqları, yaşıl çəmənləri, uca dağların qoynundakı mavi gözlü Göyçə gölünü, ruhumuzun qidası olan ozan – aşıq sənətini bizə xatırladan, igid insanları və qonaqsevərliyi ilə seçilən və Azərbaycan mədəniyyətinin və tarixi coğrafiyasının ən böyük itkilərindən biri olan eldən, Oğuz yadigarı – Göyçədən bəhs edilir.

Sənədli filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifləri tarixçi alimlər Nazim Mustafa, Ramin Əlizadə, rejissoru Teymur Nəcəfzadədir.

Filmi Azərbaycan, ingilis, rus dillərində aşağıdakı "Youtube" linklərindən izləmək olar.

Azərbaycan dilində:

 

 İngilis dilində: 

 

 Rus dilində:

 

 

Uluyol.az


Вернуться назад