Главная > Dünya > Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib

Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib


29-04-2021, 21:15.

          Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib

 

Qırğızıstan və Tacikistan xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər.

APA TASS-a istinadən xəbər verir ki, razılığa əsasən, bu gün yerli vaxtla saat 20.00-dan atəşkəs qüvvəyə minməlidir.

Razılaşmaya görə, hər iki tərəfdən silahlı qüvvələr əvvəlki yerlərinə qayıdacaq.

Tərəflər ərazidə monitorinq aparılması barədə də razılığa gəlib.

Qeyd edək ki, bu gün Qırğızıstan və Tacikistan sərhədində hər iki ölkənin silahlı qüvvələri arasında atışma olub. Toqquşma nəticəsində 1 Qırğızıstan vətəndaşının öldüyü, 16 nəfərin isə yaralandığı bildirilir. Tacikistan tərəfi isə üç vətəndaşın güllə yarası aldığını açıqlayıb.

Axşam saatlarında Qırğızıstanın Batkən regionunun Leilek rayonunda Tacikistan və Qırğızıstan sərhədçiləri arasında yenidən atışma olduğu bildirilir.


Вернуться назад