Главная > Müsahibə > Ermənistanın Qarabağda törətdiyi müharibə cinayətlərini araşdıracaq komissiya yaradıldı-"Osmanlı tokatı"

Ermənistanın Qarabağda törətdiyi müharibə cinayətlərini araşdıracaq komissiya yaradıldı-"Osmanlı tokatı"


29-04-2021, 17:52.

   Ermənistanın Qarabağda törətdiyi müharibə cinayətlərini araşdıracaq komissiya yaradıldı-"Osmanlı tokatı"

 

30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Qarabağda müharibə cinayətlərinin araşdırılması məqsədilə komissiya yaradılıb. "Qarabağ Savaş Suçlarını Araşdırma Komisyonu” adlandırılan qurumun qarşısında böyük hədəflər var.


Bununla bağlı Musavat.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, komissiya üzvü Hulusi Kılıç məlumat verib. Diplomatın sözlərinə görə, Qarabağın işğalı zamanı Azərbaycan xalqına qarşı vəhşiliklər edən ermənilərin törətdikləri müharibə cinayətlərini araşdırıb üzə çıxartmaq üçün belə bir komissiyanın yaradılması qərara alınıb. Komissiyada Azərbaycan və Türkiyə ilə yanaşı ABŞ, Rusiya, Fransa, Almaniya, İngiltərə, Belçika, İspaniya, Portuqaliya, Ukrayna, Maldivlər, Misir, Sloveniya, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, İran, İraq, Fələstin, Əlcəzair, Fars, Tunis, Sudan, Kamerun, Fil Dişi sahili, Niger, Nigeriya, Quzey Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən təmsilçilər var.



H.Kılıçın sözlərinə görə, komissiya Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurt və İslam Ölkələri Alimlər Birliyinin ümumi başqanı, professor doktor Bayram Altan tərəfindən qurulub. Təşəbbüskarlardan biri də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevdir. Təsisçilərin komissiya ilə bağlı yaydıqları məlumatın sərlövhəsi diqqət çəkir: "Yalan və iftiralarıyla 29 ölkəni Türkiyə əleyhinə kışkırtan ermənilərə Osmanlı Tokatı geliyor”.

Artıq komissiya üzvlərinin sayı 110-u keçib. Komissiyanın tərkibində 33 ölkədən sabiq baş nazirlər, sabiq nazirlər, yüksək məhkəmə başqanları, indiki sabiq səfirlər, alimlər, hüquq müdafiəçiləri, hərbi ekspertlər, tarixçilər, sənətçilər, psixoloqlar, savaş müxbirləri, nüfuzlu media kapitanları, Türkiyə prezidentinin baş danışmanları, çox sayda universitet rektorlarından ibarət bir güclü heyət formalaşıb. "Türk milləti üçün xeyirli olsun! Komissiyanın erməni ordusu tərəfindən törədilən müharibə və insanlıq suçlarını dünya ictimaiyyətində açıq şəkildə, konkret dəlillərlə çatdıracağına inanıram”,-deyə sabiq səfir bildirib.

H.Kılıç xatırladıb ki, erməni yalanlarına inanaraq sözdə "soyqırım” araşdıranlar 26 fevral 1992-ci il tarixində Yuxarı Qarabağda, Xocalı şəhərində törədilən qətliama baxsınlar:"Azərbaycan Respublikasının rəsmi açıqlamasına görə, hücum zamanı 106-sı qadın, 83-ü uşaq olmaqla ümumilikdə 613 mülki Azərbaycan türkü vəhşicəsinə qətlə yetirilib. Can Azərbaycan xalqı 29 ildir Xocalı qətliamı üçün ədalət gözləməkdədir”.

H.Kılıç qeyd edib ki, can Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusu Gəncə və Bərdədə dinc əhaliyə qarşı qadağan olunmuş bombalardan istifadə edib. "Şəhid olan Azərbaycan Türklərinə qarşı işlətdiyi savaş və insanlıq suçunun hesabını Ermənistan rəhbərliyi verəcək. Bundan əlavə, 44 günlük Vətən müharibəsi zamanı və işğal zamanı Qarabağdakı tarixi və dini abidələri təhqir etməsinin, bilərəkdən törədilən yanğınlar nəticəsində ərazilərə vurulmuş zərərin də hesabı Ermənistan rəhbərliyindən sorulacaq, bununla bağlı faktlar incələnəcək və bu vəhşiliklər dünya ictimaiyyətinə çatdırılacaq.

E.PAŞASOY,
Musavat.com

 


Вернуться назад