Главная > GÜNDƏM > Lavrov Ermənistan və Azərbaycana səfər edəcək

Lavrov Ermənistan və Azərbaycana səfər edəcək


29-04-2021, 17:35.

            Lavrov Ermənistan və Azərbaycana səfər edəcək

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya XİN başçısı mayın 10-11-də Azərbaycana səfər edəcək.

M. Zaxarova qeyd edib ki, mayın 5-6-da isə S. Lavrov Ermənistanda səfərdə olacaq. (apa)

 


Вернуться назад