Главная > Kriminal > "Qoç ət" restoranında müştərinin pulları və sənədləri oğurlandı

"Qoç ət" restoranında müştərinin pulları və sənədləri oğurlandı


29-04-2021, 18:09.

         "Qoç ət" restoranında müştərinin pulları və sənədləri oğurlandı

 

Bakıda "Qoç ət" restoranında oğurluq olub.

"Report"un məlumatına görə, hadisə aprelin 24-də axşam saatlarında Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

Belə ki, restoranda vətəndaşa məxsus içərisində 520 manat, 150 dollar, şəxsiyyət vəsiqəsi və bank kartları olan cüzdanı gödəkçəsinin cibindən oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin (PB) və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmayan 1988-ci təvəllüdlü Fərid İbrahimov saxlanılıb.

 


Вернуться назад