Главная > Baş Xəbər / Region > Erməni terror bandaları Qarabağdan çıxarılır? - VİDEO

Erməni terror bandaları Qarabağdan çıxarılır? - VİDEO


29-04-2021, 15:16.

              Erməni terror bandaları Qarabağdan çıxarılır? - VİDEO

 

"Erməni silahlılarının Qarabağın işğaldan azad edilməmiş hissələrindən çıxarılmasına daha əvvəl başlamaq lazım idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında erməni silahlılarının və hərbi texnikalarının Qarabağın işğaldan azad edilməmiş hissəsindən çıxarılmasını şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingentinin öz öhdəliyini tam yerinə yetirməsi təmin olunmalıdır:

"Təəssüf ki, Rusiya sülhməramlıları vasitəçi missiya olaraq, ermənilərin nazı ilə çox oynadı. Əgər bu gün onlar Qarabağdan çıxarılırsa, deməli, bu, həqiqətən, Azərbaycanın siyasi və hərbi rəhbərliyinin iradəsinin nəticəsidir.

Dəfələrlə gördük ki, Ali Baş komandan da, ictimayyət də, mətbuat da bununla bağlı öz sözünü dedi. Erməni silahlılarının bir hissəsinin Qarabağdan çıxarılması bu prosesin tam yekunlaşması anlamına gəlmir.

Əldə etdiyimiz məlumata görə, hal-hazırda təmas xəttində olan Ermənistan bölmələri orada qeyri-qanuni olaraq möhkəmləndirmə, istehkam işləri aparırlar, sənəglər qazırlar. Onlar Qarabağda "bayraq”larını ucaldıblar, mətbuatdan da gördüyümüz kimi, qıcıqlandırıcı, üçtərəfli razılaşmaya zidd bəyanatlar səsləndirirlər.

Əlbəttə, erməni silahlıları son nəfərinə qədər Qarabağdan çıxarılmalı, oradakı qeyri-qanuni silahlı birləşmələr tamamilə ləğv olunmalıdır. Rusiya sülhməramlıları bütün yolların açılmasını təmin etməli, məcburi köçkünlərin öz yurdlarına yerləşdirilməsi sürətləndirilməlidir”.

 

Səxavət Məmməd, yenicag.az
Вернуться назад