Главная > Müsahibə > Kanadada “erməni soyqırımı” yalanları haqqında ingilis dilində videomaterial hazırlanıb - FOTO

Kanadada “erməni soyqırımı” yalanları haqqında ingilis dilində videomaterial hazırlanıb - FOTO


24-04-2021, 23:57.

           Kanadada "erməni soyqırımı” yalanları haqqında ingilis dilində videomaterial hazırlanıb - FOTO

 

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ingilis dilində qondarma "erməni soyqırımı” yalanlarından bəhs edən videomaterial hazırlanıb.

Bu barədə Musavat.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan məlumat xarakterli videomaterialda "erməni soyqırımı” ilə bağlı əsl həqiqətlər öz əksini tapıb.

Videomaterialda soyqırımı yalanlarının bitərəf müəlliflərin dilindən gətirilən faktlarla ifşası, eləcə də ermənilərin türklərə qarşı törətdiyi qırğınlar haqqında ətraflı məlumatlar yer alıb.

 

  
 


Вернуться назад