Главная > Qarabağ / Cəmiyyət > Şəhid Nazir və Tacir Allahverdiyev əkiz qardaşlarının doğum günüdür.

Şəhid Nazir və Tacir Allahverdiyev əkiz qardaşlarının doğum günüdür.


20-04-2021, 21:10.

        Bu gün şəhid Nazir və Tacir Allahverdiyev əkiz qardaşlarının doğum günüdür.

Şəhid Nazir və Tacir Allahverdiyev əkiz qardaşlarının doğum günüdür.

20 Aprel 2001-ci il Ağdam rayonunun Çullu kəndində dünyaya gəliblər. Ailədə 10 uşaq olublar. Əkizlər sonbeşikdirlər. Orta məktəbdə bir yerdə təhsil alıblar. Heç zaman birbirindən ayrılmazdılar. Uşaqlıqdan çox vətənpərvər olublar. Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman döyüşlərdə bir yerdə iştirak ediblər. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıblar. Qardaşlar topçu olub, düşmən qüvvəlürini darmadağın ediblər. Əkiz qardaşlar dünyaya eyni gündə gəldikləri kimi şəhidlik məqamında da bir-birilərindən ayrılmayıblar. Eyni gündə, eyni ərazidə şəhid olublar. Onların hər ikisi Oktyabr ayının 24-ü Füzuli döyüşləri zamanı canlarını Vətənə fəda ediblər. Hər iki qardaş Ağdam rayonunun Çullu kəndində canlarını uğrunda qurban verdikləri Vətən torpağına əmanət ediliblər.

Nazir və Tacir Allahverdiyevlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif ediliblər.

Bir 2 nəfər, ayaqüstə duran insanlar, military uniform və mətn şəkili ola bilər

Allah rəhmət eləsin.

 


Вернуться назад