Главная > Problem > Sahil Babayevin adından 32 nəfər vətəndaşı aldadıblar
Sahil Babayevin adından 32 nəfər vətəndaşı aldadıblar20-04-2021, 22:27. |
Sahil Babayevin adından 32 nəfər vətəndaşı aldadıblarƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifraişi ilə Qarabağ qaziləri və şəhid ailələri üçün evlər tikən "Şəms 95” MMC işçilərin pullarını vermir. Bu barədə REPORTYOR.info-ya işçilərin özləri məlumat verib. Onların sözlərinə görə, "Şəms-95” MMC tərəfindən Ağsu rayonuna göndəriliblər. Lakin yanvar ayından bu yana əmək haqlarını ala bilmirlər. İşçilərin əksəriyyəti Tovuz rayonu sakinidir. "Bizi Əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayevin adından işə cəlb ediblər. Ağsuya gətiriblər. Burada Qarabağ qazilərinə və şəhid ailələrinə evlər tikilir. Lakin gördüyümüz işin pulunu ala bilmirik”, – deyə şikayətçilər bildirib
Şikayətçilər deyib ki, hazırda şirkətin onlara 15 250 AZN borcu var. "Amma bu pulu ala bilmirik. Heç bir söz də demirlər. 32 nəfərik. Ailəmizi Tovuzda qoyub bura işləməyə gəlmişik. Dolanışıq yoxdur deyə, razılaşmışıq. Bizim pulumuzu niyə kəsirlər axı? Ehtiyacımız olmasaydı Tovuzdan Ağsuya işləməyə gəlməzdik ki!”, – deyə onlar əlavə edib.
Вернуться назад |