Главная > Aktual > Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib

Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib


20-04-2021, 21:35.

            Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib

 

Əfqanıstanın cənubundakı Zabul əyalətində partlayış törədilib.

Trend-in məlumatına görə, partlayış əyalətin qubernatoru Atacan Haba Bayanın iqamətgahında baş verib.

Hadisə nəticəsində qubernatorla yanaşı, bir neçə nəfər də yaralanıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

 


Вернуться назад