Главная > GÜNDƏM > Mixail Mişustin Baş nazir Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət edib

Mixail Mişustin Baş nazir Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət edib


20-04-2021, 22:42.

              Mixail Mişustin Baş nazir Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət edib

 

Aprelin 20-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindənMusavat.com-a verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul edilib.

 


Вернуться назад